retranslyasiya stansiyası

ру ретрансляционная станция en relay station de Relaisstation fr station relais es estación de relé it stazione di relè
Renkin tsikli
reversiv klapan
OBASTAN VİKİ
Dəmiryol stansiyası
Dəmiryol stansiyası — qatarların qəbulu, yola salınması və ötməsi üçün yol ayrıcına malik olan dəmiryol nəqliyyatı obyekti. Burada həmçinin sərnişinlər və yüklər qatarla qəbul edilir və yola salınır. Yol şəbəkəsi geniş olduqda qatarlar tərtib edilir və onlara texniki xidmət də göstərilir. Sadə dildə qatrarla əməliyyat edilən istənilən obyekt dəmiryol stansiyası adlanır.
Dəryal stansiyası
Qəbələ RLS — Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərmiş "Daryal" tipli stasionar radiolokasiya stansiyası. 1985-2012-ci illərdə cənub hava trafikini idarə edən Raketdən Müdafiə Kompleksinin bir elementi olmuşdur. Stansiya Azərbaycanın şimalında, Qəbələ şəhərindən təxminən 11 km cənub-qərbdə, ən yaxın Ləki dəmiryolu stansiyasından 50 km məsafədə yerləşir. İnşaat 1977-ci ildən bəri davam etmiş və 1985-ci ildə döyüş vəzifəsi əldə etmişdir. Texniki resurs radarların 2012-ci ilə qədər işləməsinə imkan vermiş, blok modul quruluşu sayəsində stansiyanı döyüş tapşırığı qeyri-aktiv edilmədən, bu modulları dəyişdirmək və təkmilləşdirmək mümkün olmuşdur. == Xüsusiyyətləri == RLS təxminən 1,2 km aralıda yerləşdirilmiş iki mövqe — 100x100 metr hündürlüyündə yerləşən AFAR-a malik, təxminən, 4000 xaç-formalı vibratorlu qəbul Mərkəzi və 40x40 metr hündürlüyündə yerləşən, 1260 ədəd çıxış impuls gücünə malik növbəli modullarla dolu layihələndirilmişdir. Metrlik dalğaların diapazonunda işləyərək stansiya 100-ə yaxın radar kəsiyindən 0,1 m²-a yaxın məsafədə 6000 km-ə qədər diapazonda 90 dərəcə azimuta görə müəyyənləşdirilməsini və eyni zamanda müşayiət olunmasını təmin edirdi. Bu, Hind okeanının akvatoriyasından raketlərin buraxılmasının qarşısını almaq üçün kifayət idi. Raketdən Müdafiə Kompleksinin tərkibində olan stansiya nəinki raketlərin buraxılmasının qarşısını almağa, həm də onların trayektoriyasını izləməyə imkan verirdi ki, bu da raketlərin ölkəyə daxil olmasının qarşısını alırdı. Texniki parametrləri və münasib yeri nəzərə alaraq, bu RLS-in dünyada heç bir tayı-bərabəri yox idi.
Elektrik stansiyası
Elektrik stansiyası — elektrik enerjisinin istehsalı ilə məşğul olan avadanlıq və aparatlardan ibarət qurğular toplusudur. Bu qurğular binalarda yerləşdirilərək xüsusi ərazilərə malik olurlar. == Təsnifatı == Daş kömürlə işləyən elektrik stansiyası, Atom elektrik stansiyası, Torfla işləyən elektrik stansiyası, Hidroelektrik stansiyası, Gazturbinli, Ağackömürlə işləyən elektrik stansiyaları, Küləklə işləyən elektrik stansiyaları. == İşləmə prinsipi == Bütün mütərəqqi elektrik stansiyalarının işləmə prinsipi aşağıdakı kimidir: Elektrik stansiyası başlanğıc enerjinin faydalı enerjiyə çevrilməsinə xidmət edir. Onların əsas hissəsi olan güc maşını adətən turbindən, su çarxından, daxili yanma mühərrikindən və ya da külək dəyirmanın rotorundan ibarət ola bilər. Elektrik stansiyalarında bir val işçi maşınla əlaqələndirilir. Bu həmişə yanacaqdan alınmış enerjini elektrik enerjisinə çevirən generatorlar olurlar. Elektrik gücü müxtəlif yollarla əldə edilə bilir: Kinetik və potensial enerji şəklində əldə edilmiş mexaniki enerji turbinin köməyi ilə generatorun rotoruna ötürülür və orada elektrik enerjisinə çevrilir (məsələn, hidroelektrik stansiyası, külək elektrik stansiyası və s.). Termiki enerji öncə istilik maşınlarında mexaniki enerjiyə sonra isə yuxarıda olduğu kimi generatorun köməyi ilə elektrik enerjisinə çevrilir. Xüsusi qurğularda istilik enerjisini bir başa elektrik enerjisinə çevirmək mümkündür (məsələn, solar qürğülar).
Hacılı stansiyası
Hacılı — Azərbaycan Dəmir Yollarının eyni adlı stansiyası. == Ümumi məlumat == Hacılı stansiyası Füzuli rayonunun Araz Yağlıvənd kəndində yerləşir. Azərbaycan Dəmir Yollarının şərq xəttinə xidmət edir. İmişli-Mincivan distansiyasında, Ələt-Culfa xəttindədir.
Hidroelektrik stansiyası
Su-elektrik stansiyası (SES) — suyun məcra axınlarında və qabarma proseslərində su kütlələrindən enerji mənbəyi kimi istifadə edən elektrik stansiyası. Su-elektrik stansiyasının bəndləri və su anbarlarının konstruksiyaları adətən çayların üzərində tikilir. Elektrik enerjisinin effektiv istehsalı üçün SES-in yerləşməsinin iki əsas amili mövcuddur: SES-in bütün ilboyu daimi su ilə təmin olunması; çayın mümkün qədər daha meyilli, kanyonvari relyef formasına malik olması. == İş prinsipi == Su-elektrik stansiyasının iş prinsipi kifayət qədər sadədir. Hidrotexniki konstruksiyalar zənciri hidroturbinin ucunda hərəkət edən suyu lazımlı təzyiqə çatdırır və hərəkətdə olan su kütləsi elektrik enerjisi istehsal edən generatorları ötürülür. Suyun lazımlı təzyiqi bənd konstruksiyası vasitəsilə və müəyyən yerlərdə çayın konsentrasiyası və ya derivasiyası nəticəsində yaranır. Bəzi hallarda suyun lazımlı təzyiqinin alınması üçün bənd və derivasiyadan birgə istifadə edirlər. Bütün energetika avadanlıqları bilavasitə su-elektrik stansiyasının binasında yerləşir. Bina, təyinatından asılı olaraq, müəyyən bölmələrə malikdir. Maşın zalında su cərəyanını bilavasitə elektrik enerjisinə çevirən hidravlik-aqreqatlar yerləşir.
Mahmudlu stansiyası
Mahmudlu (kənd, Cəbrayıl)
Nəsimi stansiyası
Nəsimi metrostansiyası — 2006-cı ildən inşaatına başlanılmışdır və 2008-ci ilin oktyabrın 9-da istifadəyə verilmişdir. Stansiyanın tikintisinə 100 milyon Azərbaycan manatı məbləğində vəsait xərclənilib. Metrostansiyanın 6-cı və 9-cu mikrorayon istiqamətlərinə çıxışları var. Metronun "Memar Əcəmi" — "Nəsimi" xəttinin uzunluğu 1660 metr. Stansiyanın platformasının uzunluğu 102 metr. Eni 15 metr. Dərinliyi 15-18 metr.
Qütb stansiyası
Tədqiqat stansiyası — elmi-müşahidə təyinatlı obyekt, əsasən Şimal Buzlu okean, Antarktika, və dreyf edən buzlaqlar üzərində yerləşir. Şimal tədqiqat stansiyaları (Arktika) şimal yarımkürəsinin 60°-90° arasında, cənub tədqiqat stansiyaları isə cənub yarımkürəsinin 60°-90° arasında yerləşən ərazilərdə yerləşir. İstisnalar nadir hallarda müşahidə edilir. Tədqiqat stansiyaları sistematik olaraq Meteoroloji, Geofiziki, Geomaqnit, Hidroloji və müəyyən zamanlarda isə Bioloji və Tibbi müşahidələr aparılır. Tez-tez geoloji tədqiqatlar aparılır. Qlyasiologiya araşdırmaları əsasən Antarktida ərazilərində aparılır. Stansiyalarda əsasən alimlər yaşayır. İlk tədqiqat stansiyaları 1910-ci illərdə: Vayqaç adasının şimalı, Yaqorski yarımadasının şimalında, Yamal yarımadasının Mare-Sale burnunda. Daimi qütb müşahidələri Yaqorski Şar boğazında aparılmışdır. 1915-ci ildə Dikson adasında stansiya fəaliyyətə başlamışdır.
Uluxanlı stansiyası
Uluxanlı stansiyası — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda vağzal. 1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır.
Xankəndi stansiyası
Xankəndi stansiyası — Xankəndi dəmiryolu stansiyası 1927-ci ildə yaradılıb. Xankəndi şəhərinin şimalında yerləşirdi. Hazırda bərbad haldadır. Stansiya Xankəndi şəhərinin şimalında yerləşirdi. O dövrdə Yevlax-Xankəndi xəttində elektrik olmadığından Bakıdan elektrovozla gedən qatar Yevlax stansiyasında açılaraq teplovoza qoşulur və Xankəndi stansiyasına qatar teplovozla yola salınırdı. 1962-ci ildə Bakıdan Yevlaxa gedən dəmir yolu xətti yenidən qurularaq Bərdəyə qədər uzadıldı. 1967-ci ildə dəmir yolu stansiyası Ağdamda, 1978-ci ildə isə Bakıdan çıxan qatarın son stansiyası Xankəndidə quruldu. Xankəndi Dəmiryol Stansiyasının fəaliyyəti 1992-ci ilə qədər davam etdi. Xankəndi Dəmiryol Stansiyasının xidmətindən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə bölgələrinin və Laçın rayonunun əhalisi yararlanırdı. 1992-ci ildə Qarabağda baş qaldıran separatizm Xankəndi Dəmiryol Stansiyasının fəaliyyətinə öz mənfi təsirini göstərdi.
Xudafərin stansiyası
Xudafərin — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində qəsəbə. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd İranla sərhəddə yerləşir. Tarixi Xudafərin körpüsü bu kəndin ərazisində yerləşir. 1994-cü ilin yanvar ayında Azərbaycan ordusu bu kəndin ərazisinə qədər irəliləsə də, kəndi tutmaq mümkün olmayıb. 18 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 30 oktyabr 2020-ci il tarixində "Xudafərin" sərhəd-keçid məntəqəsi üzərində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu sərhəd-keçid məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlayıb. Xudafərin stansiyası Cəbrayıl rayonunun eyniadlı i.ə.v-də kənd.
Yevlax stansiyası
Yevlax Dəmiryol Stansiyası — Yevlax şəhərində dəmiryol stansiyası.
Dəmiryolu stansiyası
Dəmiryol stansiyası — qatarların qəbulu, yola salınması və ötməsi üçün yol ayrıcına malik olan dəmiryol nəqliyyatı obyekti. Burada həmçinin sərnişinlər və yüklər qatarla qəbul edilir və yola salınır. Yol şəbəkəsi geniş olduqda qatarlar tərtib edilir və onlara texniki xidmət də göstərilir. Sadə dildə qatrarla əməliyyat edilən istənilən obyekt dəmiryol stansiyası adlanır.
Tədqiqat stansiyası
Tədqiqat stansiyası — elmi-müşahidə təyinatlı obyekt, əsasən Şimal Buzlu okean, Antarktika, və dreyf edən buzlaqlar üzərində yerləşir. Şimal tədqiqat stansiyaları (Arktika) şimal yarımkürəsinin 60°-90° arasında, cənub tədqiqat stansiyaları isə cənub yarımkürəsinin 60°-90° arasında yerləşən ərazilərdə yerləşir. İstisnalar nadir hallarda müşahidə edilir. Tədqiqat stansiyaları sistematik olaraq Meteoroloji, Geofiziki, Geomaqnit, Hidroloji və müəyyən zamanlarda isə Bioloji və Tibbi müşahidələr aparılır. Tez-tez geoloji tədqiqatlar aparılır. Qlyasiologiya araşdırmaları əsasən Antarktida ərazilərində aparılır. Stansiyalarda əsasən alimlər yaşayır. İlk tədqiqat stansiyaları 1910-ci illərdə: Vayqaç adasının şimalı, Yaqorski yarımadasının şimalında, Yamal yarımadasının Mare-Sale burnunda. Daimi qütb müşahidələri Yaqorski Şar boğazında aparılmışdır. 1915-ci ildə Dikson adasında stansiya fəaliyyətə başlamışdır.
Makmurdo Stansiyası
Mak-Merdo (ing. McMurdo) — Antarktida ərazisində yerləşən yaşayış məntəqəsi, liman və araşdırma mərkəzi. Stansiya ABŞ Antarktika proqramına mənsub olsa da digər dövlətlərin araşdırma proqramlarını da həyata keçirir. Ross şelf buzlağının kənarında qərarlaşır. Stansiya Yeni Zelandiyanın ərazi iddiası irəli sürdüyü bölgədə yerləşir. Stansiyadan Yeni Zelandiyaya məsafə 3500 km, Skott stansiyasına olan məsafə isə 5 km-dir. Yayda əhalisinin sayı 1 258 nəfər (1996-cı il), qışda isə 150 nəfər (1999 il) təşkil edir. Ancaq hazırda stabsiyada 1300 nəfər yaşayır == Xüsusiyyətləri == Stansiya yaxınlığında Robert Skottun düşərgəsi yerləşir. 1902-ci ildən Antarktidanın paytaxtı rolunu oynayır. Hazırda stansiya müasir elmi mərkəzdir.
Dərbənd Dəmiryolu Stansiyası
Dərbənd — Şimali-Qafqaz dəmir yollarının Maxacqala regionunda yerləşən dəmiryol stansiyası. İnzibati baxımdan Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşir. Rusiya Dəmiryolları şəbəkəsinin ən cənub şəhər stansiyasıdır. == Təsviri == Stansiyada elektrik lokomotivləri Azərbaycana gedən və oradan gələn qatarlar gömrük nəzarəti təşkil edilir.
Gümrü Dəmiryol Stansiyası
Gümrü (erm. Գյումրի) — Ermənistanın Gümrü şəhərində yerləşən dəmir yolu stansiyası. Stansiyada Ermənistan Dəmir yollarına aid ən böyük üç vağzaldan biri yerləşir. == İnfrastruktur == Stansiyadan keçən dəmir yol xəttləri: 1) Armavir, Masis və İrəvan xətti; 2) Vanadzor, Ayrum və Tiflis Dəmiryol Stansiyası (Gürcüstan); 3) Artik, Penzaşem və Maralik xətti; 4) Axuryan, Doğuqapı, (Türkiyə) və Qars (Türkiyə). Hazlrda dörd xətdən üçü fəaliyyət göstərir. Biri isə siyasi səbəblərdən bağlıdır. Gümrü-Qars xətti istisna olmaq şərti ilə Ermənistanın bütün xətləri elektrikləşdilmişdir. Türkiyə Ermənistanın işğalçı mövqeyi ilə əlaqədar bu xətti qapalı saylayır. Stansiya İrəvan Dəmiryol stansiuasından sonra ölkənim mühüm ikinci stansiyasıdır. Dörd istiqamətdə xətlərə sahibdir.
Günəş elektrik stansiyası
Günəş elektrik stansiyası (GES) - günəşin enerjisini elektrik və istilik enerjisinə çevirən stansiya.
Gəncə Dəmiryol Stansiyası
Gəncə Dəmiryol Stansiyası — Gəncə şəhərindən keçən Bakı–Tbilisi dəmiryolu xətti üzərində vağzal tipli dəmiryol stansiyası. 29 dekabr 2013-cü ildə Gəncə dəmiryol stansiyasının inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib.
Hacılı Dəmiryol Stansiyası
Hacılı — Azərbaycan Dəmir Yollarının eyni adlı stansiyası. == Ümumi məlumat == Hacılı stansiyası Füzuli rayonunun Araz Yağlıvənd kəndində yerləşir. Azərbaycan Dəmir Yollarının şərq xəttinə xidmət edir. İmişli-Mincivan distansiyasında, Ələt-Culfa xəttindədir.
Horadiz Dəmiryol Stansiyası
Horadiz — Azərbaycan Dəmir Yollarının eyniadlı stansiyası. == Ümumi məlumat == Horadiz stansiyası Füzuli rayonunun Horadiz şəhərində yerləşir. Azərbaycan Dəmir Yollarının şərq xəttinə xidmət edir. İmişli-Mincivan distansiyasında, Ələt-Culfa xəttindədir.
Keşlə Dəmiryol Stansiyası
Keşlə dəmiryol stansiyası — "Dəmiryol Stansiyası" və "Lokomotiv Deposu", Bakı şəhərində yerləşən sərnişin və yük qatarlarının keçdiyi dəmiryol stansiyası. Keşlə Dəmiryol Stansiyası Bakı-Moskva dəmiryolu xəttinin üzərində inşa edilmişdir.
Köçərli Dəmiryol Stansiyası
Köçərli Dəmiryol Stansiyası — Tərtər rayonunda, Bakı–Xankəndi dəmiryolu xətti üzərində Bərdə Dəmiryol Stansiyasından sonra gələn dəmiryol stansiyası.Stansiya işğaldan sonraki dövürdə memar Kamran Allahyarovun layihəsi əsasında yenidən layihələndirilmişdir == Tarixi == Dəmiryolların elektrikləşdirilməsinə diqqət artırıldığı illərdə Yevlax – Bərdə - Ağdam dəmiryolu 1967-ci ildə işə salınmışdır.
Külək elektrik stansiyası
Külək elektrik stansiyası (KES) — küləyin enerjisini elektrik enerjisinə çevirən stansiya.
Lazarev (Antarktika stansiyası)
Lazarev stansiyası — fəaliyyətini dayandırmış Sovetlər Birliyinə məxsus olan qütb stansiyası. Stansiya 1959-cu ildən 1961-ci ilə qədər fəaliyyət göstərmişdir. == Tarixi == Elmi Lazarev stansiyası Dördüncü Sovet Antarktika ekspedisiyası zamanı 1959-cu ilin 10 martında açılmışdır. Stansiya Şahzadə Astrid sahilində şelf buzlağında inşa edilmişdir. Stansiya Antarktidanı kəşf edən Mixail Lazarevin şərəfinə adlandırılmışdır. Stansiyada aerologiya, aktinimetriya, geomorfologiya, qlyasiologiya, meteorologiya və okeanologiya sahəsində elmi araşdırmalar aparılmışdır. Burada xüsusi diqqət qütb parıltısına yönəldilmişdi. Stansiyanın mövcudluğu təhlükə doğururdu. Burada güçlü küləklər qarı sovuraraq stansiyanın üzərinə qədər qaldırırdı. Üstəlik şelf buzlağının qırılma ehtimalı mövcuddur Beşınci Sovet Antarktida ekspedisiyası işini bitirdikdən sonra 26 fevral 1961-ci ildə stansiya fəaliyətini fayandırılmışdır.